Bank Of Baku

Zərdabda təbii fəlakətdən ziyan çəkmiş sakinlər üçün tikilən yeni evlər sahiblərinə təqdim olunub

Zərdabda təbii fəlakətdən ziyan çəkmiş sakinlər üçün tikilən yeni evlər sahiblərinə təqdim olunub
# 02 fevral 2011 12:27 (UTC +04:00)
Zərdab. Zahid Abışov - APA. Azərbaycanın Zərdab rayonunda ötən il baş verən təbii fəlakət nəticəsində evləri uçmuş sakinlər üçün tikilən yeni evlər sahiblərinə təqdim olunub. APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin tərkibində olan Ekspertiza Baş İdarəsinin rəisi İbrahim Quliyev, yerli sakinlər, mətbuat nümayəndələri iştirak edib. Daşqınlar nəticəsində evləri uçmuş 51 ailə üçün şəhərdə “32 hektar” adlanan ərazidə tikilən yeni evlərin açarlar sahiblərinə paylanıb.
Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev sakinlər adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Lütfəli Babayev hazırda salınan qəsəbənin rayonun ən hündür ərazisində yerləşdiyini, su basma təhlükəsi olmadığını bildirib.
Qeyd olunub ki, tikilən evlərdən 1-i 4, 16-sı 3, 34-ü iki otaqlıdır. 20 yeni evin tikintisi davam etdirilir. Bu günlərdə əlavə olaraq 8 evin tikintisi barədə qərar qəbul olunub. Rayon ərazisində tikilən evlərin sayı 79-a çatıb. L. Babayev açıqlamasında onu da bildirib ki, 2010-cu ilin aprel-may aylarında Kürdə, Göyçay və Tülyançayda baş verən daşqınlar nəticəsində Zərdab rayonunda 1500-ə yaxın evi su basıb, 51 ev uçub, 85 ev qəzalı vəziyyətə düşüb. 1195 hektar əkin sahəsi su altında qalıb, 18 sosial obyekt qrunt sularından ziyan çəkib. FHN-in Mülki Müdafiə Qoşunlarının 51 nəfərlik şəxsi heyəti 16 su çəkən nasosla 53 gün ərzində həyətlərə dolan suyun çəkilməsi ilə məşğul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR