Bank Of Baku

Gürcüstan paytaxtındakı xəstəxanada “donuz qripi”nə yoluxan 32 xəstə müalicə olunur

Gürcüstan paytaxtındakı xəstəxanada “donuz qripi”nə yoluxan 32 xəstə müalicə olunur
# 02 fevral 2011 12:38 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdəki Quduşauri xəstəxanasında H1N1 virusuna (“donuz qripi”) yoluxan 32 xəstə müalicə olunur. Onlardan 11-i hamilədir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə xəstəxananın direktoru Zaza Metreveli keçirdiyi brifinqdə bildirib. Onun məlumatına görə, H1N1 virusuna yoluxmaqda şübhəli bilinən 350 şəxs xəstəxanaya müraciət edib. Aparılan laboratoriya müayinəsindən sonra müraciət edən şəxslərdən 21-də virus aşkarlanıb. Zaza Metreveli bildirib ki, xəstələrdən biri - 25 yaşlı qadın müalicə üçün gec müraciət etdiyindən Çiatura şəhərində vəfat edib: "Son günlər bu xəstəliyin simptomları ilə bizə müraciət edənlərin sayı azalıb. Bu virusa yoluxmamaq üçün gigiyena qaydalarına ciddi riayət etmək, adamların toplaşdığı yerlərdə az görünmək, qoruyucu maskada gəzmək, ən başlıcası tez-tez əl-üzü yumaq lazımdır".

Məlumata görə, bu il Gürcüstanda 166 nəfərdə H1N1 virusu müəyyən edilib və 6 nəfər xəstə bu diaqnozla ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR