Bank Of Baku

Gürcüstan prezidentinin anası Qiuli Alasaniya İctimai Teleradionun baş direktoru İsmayıl Ömərova mükafat təqdim edib

Gürcüstan prezidentinin anası Qiuli Alasaniya İctimai Teleradionun baş direktoru İsmayıl Ömərova mükafat təqdim edib
# 02 fevral 2011 19:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov xüsusi mükafata layiq görülüb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədovun APA-ya verilən məlumata görə, “Gürcüstan-Azərbaycan Dostluq Evi”nin rəhbəri, Gürcüstan prezidentinin anası Qiuli Alasaniya tərəfindən təqdim olunan mükafat İctimai Televiziyanın “Yeni Gün” proqramında Azərbaycan və Türkiyə arasında həyata keçirilən telekörpü layihəsinə görə verilib. Təqdimat mərasimində çıxış edən “Gürcüstan-Azərbaycan Dostluq Evi”nin rəhbəri İctimai Televiziyanın region gənclərinin bir araya gəlməsində və əməkdaşlıqda mühüm rol oynadığını xüsusi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR