Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir necə işçisi vəzifəsindən azad edilib
Məlumata görə, 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Kollegiya iclasını açan nazir Hüseyn Bağırov ölkə prezidenti İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxlamasını, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verdiyini, bu istiqamətdə iri layihələrin uğurla həyata keçirildiyini və hazırda davam etdirildiyini bildirib. Kollegiya iclasında yaşıllıq ərazilərinin artırılması, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması, təhlükəli tullantıların idarə olunması, pilot layihələrin həyata keçirilməsi və s. sahələrdə görülmüş tədbirlər barədə də məlumat verilib. Belə ki, ötən il ərzində Kür-Araz boyu və digər yaşayış məntəqələrində 76 min əhalisi olan 34 yaşayış məntəqəsində sutəmizləyici qurğular quraşdırılıb, daha 29 yaşayış məntəqəsində isə işlər davam etdirilir.
Dəniz suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin hazırlanması məqsədilə tender keçirilmiş və qalib şirkət müəyyənləşdirilib. Hazırda müvafiq avadanlığın ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir.
Bildirilib ki, nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu il ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2206 akt və 844 protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 863 icrası məcburi olan göstəriş verilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 132, məhkəmələrə 143, məhkəmə icraçılarına 605 iş göndərilib. Qanunu pozmuş hüquqi və fiziki şəxslərin onlara tətbiq olunan cərimələri ödəməkdən yayınması, hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilmiş işlərin əksəriyyətinin baxılmamış qalması da iclasda təəssüflə qeyd olunub.
Bildirilib ki, il ərzində, ümumilikdə 49,97 hektar meşə fondu ərazisində yanğın hadisəsi qeydə alınmış, yanğın əleyhinə vaxtaşırı profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib.
Kollegiya iclasında meşələrin mühafizəsi və bərpası sahəsində görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və problemlərdən də danışılıb. Bəzi Meşə Mühafizəsi və Bərpası Müəssisələrində (MMBM) bitiş faizi orta respublika göstəricisindən yuxarı olsa da, bir neçə müəssisədə isə bu göstərici xeyli aşağı olub. 2010-cu il ərzində MMBM-lərdə aparılan yoxlamalar zamanı 245813 manat köküstə nırx dəyərində 34483 m3 həcmində 61637 ədəd ağacın qanunsuz kəsildiyi aktlaşdırılıb.
Keçən il ərzində meşələrin mühafizəsi sahəsində hüquq-mühafizə orqanlarına göndərilmiş 363 işdən cəmi 199 işə baxılması təmin edilib.
2010-cu ilin sentyabr-oktyabr aylarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vətəndaşlar tərəfindən bəzi yerlərdə meşələrin qırılması barədə daxil olmuş şikayətlərə əsasən Meşə Mühafizəsi və Bərpası Müəssisələrində kompleks yoxlamalar aparılıb və qanun pozuntularına yol verdiklərinə görə 136 nəfər tutduğu vəzifədən azad edilmiş, 175 nəfərə töhmət, 68 nəfərə isə şiddətli töhmət verilib.
Kollegiyada növbəti illər üçün prioritetlər müəyyənləşdirilib, Abşeron yarımadasında neft məhsulları və digər zərərli maddələrlə çirklənmiş ərazilərin bərpası və yeni yaşıllıqların salınması, avtomobil yolları boyu ətraf ərazilərin yaşıllaşdırılması, təmizlənmiş tullantı sularından yaşıllıqların suvarılmasında təkrar istifadə, regionların ekoloji cəhətdən içməli su ilə təminatı, Xəzər dənizinin çirklənmədən qorunması, tullantıların idarə olunması, dəniz suyunun duzsuzlaşdırılması və alternativ enerji mənbələrindən istifadə növbəti prioritet hədəf kimi götürülüb.
Sosial
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mədinə Babayevanın qalıqları 33 il sonra Kəlbəcərdə dəfn olunub - FOTO
Baş prokuror Xətai rayonunda qəbul keçirib
Xəbər Lenti
Qaradağda başına dəmir düşən kişi ölüb
Ötən gün bağlı qapı arxasında qalan 2 nəfər xilas edilib, 1 nəfərin meyiti tapılıb
Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib - VİDEO
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub
Rusiya HHM qüvvələri gecə ərzində 389 Ukrayna PUA-sını vurub
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Neftin qiyməti 72 dolları ötüb
Fransa Hörmüz boğazında təhlükəsizliyi gücləndirmək üçün hərbi qüvvələr göndərib
DÇ-26: Kolumbiya 1/8 finala yüksəlib
Cokoviç Uimbldonda Federerin rekorduna şərik olub
Bloomberg: NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib
BBC: İngiltərə–Meksika matçının başlama vaxtı qasırğaya görə dəyişdirilə bilər
DÇ-2026: Argentina Kabo-Verdeni çətinliklə məğlub edərək 1/8 finala çıxıb - YENİLƏNİB
Rusiyanın Sumıya aviazərbəsi nəticəsində 4 nəfər ölüb
DÇ-2026-da avtoqollar üzrə yeni rekord qeydə alınıb
Zelenski G7 və ABŞ-ı Rusiyanın Ukraynaya zərbələrini dayandırmağa çağırıb
Notr-Dam kilsəsinin bərpası 2033-cü ilə qədər davam edəcək
Tramp Obama və Baydeni Ağ Evdə futbol matçını birlikdə izləməyə dəvət edə biləcəyini deyib
Zelenski: Ukrayna ballistik raketlərin istehsalını sürətləndirəcək
Livan XİN başçısı: İsraillə çərçivə sazişi yekun razılaşma deyil
Venesuelada zəlzələ qurbanlarının sayı 2 645 nəfərə çatıb
Litva Prezidenti: Müdafiə xərclərini 5 faizə çatdırmayan ölkələr NATO-nun birliyini təhlükə altına qoya bilər
DÇ-2026: Misir 1/8 final mərhələsinə vəsiqə qazanıb
Tramp Bayden administrasiyası dövründə məhkum olunmuş altı ABŞ vətəndaşını əfv edib
Hemilton Britaniya Qran-prisinin sprint təsnifatının qalibi olub
Macarıstan Aİ-nin Ukrayna ilə növbəti danışıqlar mərhələsinə razılıq verib
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB
Almaniyada 30 mindən çox "Mercedes-Benz" işçisi etiraz aksiyasına çıxıb
Hikmət Hacıyev ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik edib
Türkiyədən İraqa gedən avtobus qəzaya uğrayıb, 40 nəfər xəsarət alıb
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Netanyahu Trampla ABŞ-da görüş barədə razılığa gəlib
Merz: Almaniya təhlükəsizlik məsələlərində daha çox məsuliyyət götürəcək
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
Birinci Qarabağ müharibəsi şəhidi Bahadur Kamalovun qalıqları Kəlbəcərdə dəfn olunub - FOTO
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTO
Naxçıvan şəhərində yük avtomobili 2 piyadanı vurub
Monteneqro İnterpol xətti ilə axtarılan şəxsi Azərbaycana təhvil verəcək
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb - FOTO
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
Ötən ay Bakı metrosundan 18,6 milyon sərnişin istifadə edib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mədinə Babayevanın qalıqları 33 il sonra Kəlbəcərdə dəfn olunub - FOTO
KİV: NATO sammitində Ukraynaya 140 mlrd. avroluq hərbi yardım paketi ayrılacaq
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
ADY rəhbərliyi Rusiya və İranla əməkdaşlığı müzakirə edib, protokol imzalanıb
BMMT-nin Baş katibi Sudan XİN rəhbəri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Sabir Hacıyev: Rəqəmsal inkişaf Azərbaycanın gələcək rəqabət üstünlüyünü formalaşdıran strateji seçimdir
70 000 manatadək kredit - KOMİSSİYASIZ