Bank Of Baku

Azərbaycanın səhiyyə naziri xəstəxanalarda xəstələrdən qeyri-qanuni ödənişlərin tələb edildiyini etiraf edib

Azərbaycanın səhiyyə naziri xəstəxanalarda xəstələrdən qeyri-qanuni ödənişlərin tələb edildiyini etiraf edib
# 03 fevral 2011 08:19 (UTC +04:00)
Xəstələrdən və onların qohumlarından, xüsusilə də doğum evlərində müxtəlif bəhanələrlə qeyri-rəsmi ödənişlərin tələb olunması halları da var”. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu sözləri Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, belə hallarla bağlı nazirliyə müraciətlər hələ də daxil olmaqdadır. Nazir onu da əlavə edib ki, belə hallara qarşı barışmaz mübarizə aparılmalıdır.

O. Şirəliyev eyni zamanda, xəstəxanalarda sanitariya-epidemioloji rejimə nəzarətin gücləndirilməsinin, təmizliyə və nizam-intizam qaydalarına riayət olunmasının vacibliyini də vurğulayıb.

O. Şirəliyev nazirliyin struktur bölmələrinin rəhbərlərinə xəstəxanaların fəaliyyətinin ciddi nəzarətdə saxlanılması, mütəmadi reydlərin aparılması, aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün konkret tədbirlər görülməyi də tapşırıb.
Nazir onu da deyib ki, sadalanan nöqsanların aradan qaldırılması üçün təkcə tibb müəssisəsinin rəhbərliyi deyil, vəzifəsindən asılı olmayaraq, müəssisədə çalışan hər bir kəs səy göstərməli, əlindən gələni əsirgəməməlidir. Yalnız bu zaman istənilən nəticələr əldə etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR