Bank Of Baku

Elm sahəsində islahatların aparılmasına kömək edəcək UNESCO ekspertləri Azərbaycana gəliblər

Elm sahəsində islahatların aparılmasına kömək edəcək UNESCO ekspertləri Azərbaycana gəliblər
# 03 fevral 2011 11:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Elm sahəsində islahatların aparılmasına kömək edəcək UNESCO ekspertləri Azərbaycana gəliblər. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, səfər zamanı UNESKO ekspertləri “Elmin inkişafı üzrə Milli Strategiyasının” həyata keçirilməsi, Azərbaycanda elmin strukturunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verəcəklər.

Qeyd edək ki, Yaponiya hökumətinin yardımı ilə elmin inkişafı sahəsində həyata keçirilən islahatlara dair UNESCO ilə Azərbaycan arasında müqavilə imzalanıb. Bu sənəd əsasında Yaponiyanın “İnam” Fondu UNESCO ekspertlərinin Azərbaycanın elmi müəssisələrində islahatların davam etdirilməsi ilə bağlı işlərini tamamlaması üçün maliyyə vəsaiti ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR