Bank Of Baku

Azərbaycan orta məktəblərinin V-XI siniflərində 17 fənn üzrə təhsil proqramı yenilənəcək

Azərbaycan orta məktəblərinin V-XI siniflərində 17 fənn üzrə təhsil proqramı yenilənəcək
# 03 fevral 2011 13:36 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan orta məktəblərinin V-XI siniflərində 17 fənn üzrə yeni təhsil proqramının (kurrikulum) hazırlanması nəzərdə tutulur. Təhsil Problemləri İnstitutundan APA-ya verilən məlumata görə, kurrikulumların ilkin variantları artıq hazırdır. Onlardan 13-ü – Ana dili, təlimi qeyri-Azərbaycan dilində olan məktəblər üçün Azərbaycan dili, Xarici dil, Ədəbiyyat, İnformatika, Kimya, Biologiya, Fizika, Tarix, Azərbaycan tarixi, Texnologiya, Coğrafiya, Fiziki tərbiyə artıq layihə variantında pedaqoji ictimaiyyətin geniş müzakirəsinə verilib.

İnstitutdan bildirilib ki, yeni fənn kurrikulumlarında təlimin məzmunun inteqrativ şəkildə hazırlanmasına xüsusi diqqət yetirilib.

Artıq üçüncü ildir ki, Azərbaycan orta məktəblərinin ibtidai siniflərində yeni fənn kurrikulumları tətbiq edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR