Bank Of Baku

“Beynəlxalq Yaponiya-Azərbaycan Aykido Günləri” keçiriləcək

“Beynəlxalq Yaponiya-Azərbaycan Aykido Günləri” keçiriləcək
# 04 fevral 2011 10:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Fevralın 14-16-da Bakıda və İsmayıllıda “Beynəlxalq Yaponiya-Azərbaycan Aykido Günləri” keçiriləcək. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir aykido üzrə 4 beynəlxalq usta – Kanazava Takeşi, İto Makoto, Kodani Yulçi və Kepmoçi Masakinin iştirakı ilə keçiriləcək.

Tədbir Yaponiya Fondu, Yaponiyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Aykido Federasiyasının təşkilatçılığı ilə keçirilir, Azərbaycan Gənclər və İdman Nazirliyi və İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənir. Məqsəd yapon aykido ustaları tərəfindən təqdim edilən seminar-təlimlər və əsas nümunəvi çıxışlar vasitəsilə Azərbaycan əhalisini ənənəvi yapon döyüş sənətindən biri olan aykido ilə tanış etməkdir.

Aykido Günləri çərçivəsində Azərbaycan Aykido Federasiyasının üzvləri də əsas nümunəvi çıxışlarla iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR