BQXK Azərbaycan nümayəndəliyinin rəhbəri: “3700-dən artıq itkin düşmüş azərbaycanlı barəsində ətraflı məlumat toplamışıq” - MÜSAHİBƏ
- BQXK nümayəndəliyinin ötən ilki fəaliyyətini necə qiymətləndirirsiniz? 2010-cu ildə nümayəndəlik Azərbaycanda hansı işləri görüb?
- 2010-cu il nümayəndəlik üçün uğurlu olub. Biz xeyli iş görmüşük. Bunun üçün Azərbaycan nümayəndəliyində işləyən işçilərə və dövlət strukturlarına təşəkkür edirəm. Ötən il Azərbaycan Qırmızı Aypara Cəmiyyəti ilə birgə itkin düşən şəxslərlə bağlı böyük işlər görmüşük. Biz ümumilikdə 3700-dən artıq itkin düşmüş azərbaycanlı barəsində ətraflı məlumat toplamışıq. 200-ə yaxın itkin düşmüş şəxs barədə məlumat isə toplanılmalıdır. Bu il yanvarın 26-da biz Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə lisenziya müqaviləsi imzalamışıq. Bu müqaviləyə əsasən, itkin düşmüş şəxslər barədə məlumat Dövlət Komissiyasına ötürüləcək və Komissiya, hansı ki bunu məlumat bazasına daxil edəcək. İtkin düşmüş şəxslərin ailələrinə psixoloji yardım göstərilməsinə də başlamışıq. Bu qiymətləndirmənin məqsədi ailələrin ehtiyac duyduğu xidmətləri müəyyən etməkdir. Saxlanılan şəxslərə gəldikdə isə bizim Azərbaycanda münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək hüququmuz var (hərbi əsirlər və münaqişə ilə əlaqədar saxlanılan mülki şəxslər). Bundan savayı, biz münaqişə ilə əlaqədar saxlanılmayan şəxslərə bütün məhkum olunma yerlərində baş çəkə bilərik. 2010-cu ildə biz öz vasitəçilik rolumuzu münaqişə tərəflərinə təqdim etməkdə davam etmişik. Bu zaman ərzində hərbi əsirlərin, mülki şəxslərin və insan qalıqlarının hər iki tərəfə ötürülməsində yardım etmişik.
- Artıq bir neçə ildir ki, BQXK Azərbaycan həbsxanalarında vərəmlə mübarizə üzrə proqram və cəbhə xəttində yaşayan əhalinin içməli su ilə təminatı layihəsini həyata keçirir. Bu layihələr çərçivəsində hansı işlər əldə olunub? Bundan başqa, daha hansı sahələri əhatə edən layihələr həyata keçirməyi düşünürsünüz?
- Fəaliyyətimiz nəticəsində ötən il təmas xəttində yaşayan 7 mindən artıq insan içməli su ilə təmin olunub. Bildiyiniz kimi, biz Azərbaycanda məhkum olunma yerlərində vərəmlə mübarizə sahəsində də işlər görmüşük. Ötən il Ədliyyə Nazirliyi ilə bu sahədə əməkdaşlığımız sona çatıb. Bu ilin mart ayının sonunda, biz vərəmlə mübarizə sahəsində fəaliyyətimizi tamamilə qurtarıb bu proqramı Ədliyyə Nazirliyinə təhvil verəcəyik. Biz bu fəaliyyətimizi ona görə dayandırdıq, çünki Ədliyyə Nazirliyi vərəmlə mübarizəni artıq tamamilə özü davam etdirə bilir. Biz iqtisadı təhlükəsizlik yardımı proqramları da həyata keçiririk. Bizim qiymətləndirməmiz təmas xəttində olan bir neçə kənddə keçirilib. Yardım əsasən kənd təsərrüfatı sahəsində, istixanaların yaradılmasında və mal-qaranın alınmasında göstəriləcək. Yardım proqramı 8 minə yaxın insanı əhatə edəcək. Layihənin məbləği təxminən 1 milyon İsveçrə frankına bərabərdir. Bu layihə təmas xəttinin yalnız Azərbaycan ərazisində, və Britaniya Qırmızı Aypara və Azərbaycan Qırmızı Aypara Cəmiyyətləri ilə birlikdə həyata keçiriləcək.
- Ötən ili əsirlərin qaytarılması ilə bağlı dönüş ili hesab etmək olarmı? Ümumiyyətlə, ötən il Azərbaycan və Ermənistan tərəfindən neçə əsir qaytarılıb?
- Düzünü desəm, 2010-cu ili dönüş ili hesab etmirəm. Hesab edirəm ki, ötən il dövlətlərarası münasibətlər bir qədər maneələrlə üzləşmişdi və danışıqlar nəticəsində yeni bir şey ortaya qoyulmamışdı. Ötən il ən əsas dönüş anı prezidentlərin oktyabrın 27-də keçirilən Həştərxan görüşü oldu. Bundan sonra tərəflər arasında münaqişə bir balaca sakitləşdi, tərəflər hərbi əsirləri və münaqişə ilə əlaqədar saxlanılan mülki şəxsləri humanitar sahədə dəyişməyə başladılar. BXQK keçən il üç təhvil vermə əməliyyatında iştirak edib. Onlardan birincisi aprelin 1-də keçirilib. Bir hərbi əsir və iki insan qalığı Ermənistandan Azərbaycan tərəfə təhvil verilib. İkinci təhvil vermə noyabrın 4-də həyata keçirilib. Azərbaycan tərəfdən bir insan qalığı Ermənistan tərəfinə, Ermənistan tərəfdən isə münaqişə ilə əlaqədar saxlanılan bir mülki şəxs Azərbaycan tərəfinə təhvil verilib. Sonuncu təhvil vermə isə noyabrın 6-da həyata keçirilib. Həmin vaxt iki insan qalığı Azərbaycana və bir insan qalığı isə Azərbaycan tərəfindən təhvil verilib.
- Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra əsirlərin, mülki şəxslərin və meyitlərin qaytarılması ilə bağlı proses sürətlənmişdi. Lakin son zamanlar yenə də durğunluq hiss olunur...
- BQXK danışıqlar prosesinə iştirak etmir. Biz münaqişə tərəflərinin hansısa bir qərarını gözləyirik. Danışıqlar prosesinin necə inkişaf edəcəyini demək çətindir. BQXK öz vasitəçiliyini hər iki münaqişə tərəfinə təqdim edir.
- Ötən ilin sonunda verdiyiniz açıqlamada bildirmisiniz ki, Azərbaycanda saxlanılan bir Ermənistan vətəndaşı və Ermənistanda saxlanılan bir Azərbaycan hərbçisi ölkələrinə qayıtmaq arzusunu ifadə edib. Hazırda bu prosesin reallaşması istiqamətində BQXK hansı işləri görür?
- Başa düşdüyünüz kimi, biz tərəflər arasında olan danışıqlar prosesində iştirak etmirik. Bizim məqsədimiz Ermənistanla Azərbaycana məlumat vermək idi ki, 2 şəxs hələ də repatriasiya olunmaq istəyir.
- Hazırda Azərbaycan və Ermənistan tərəfdə neçə şəxs əsirlikdə saxlanılır?
- Hazırda Ermənistan tərəfdə iki Azərbaycan hərbi əsiri, Azərbaycanda isə 6 Erməni hərbi əsir və altı münaqişə ilə əlaqədar saxlanılan Erməni mülki şəxsləri var.
- Sonuncu dəfə Azərbaycan və Ermənistanda saxlanılan əsirlərə nə vaxt baş çəkilib. Ümumiyyətlə, əsirlərə baş çəkilmənin bir proseduru varmı? Onlara hansı müddətdən bir baş çəkilməlidir?
- BQXK nümayəndələri sonuncu dəfə Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarına yanvarın 25-də baş çəkiblər. Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinə isə ötən il dekabrın 6-da sonuncu dəfə baş çəkilib. Prosedura gəldikdə, biz Müdafiə Nazirliyinə və Dövlət Komissiyasına məktub ünvanlayırıq və sonra Azərbaycanda saxlanılan şəxslərə baş çəkirik. Bizim saxlanılan şəxslərlə şahidsiz, dövlət strukturlarının iştirakı olmadan dialoq aparmaq hüququmuz var. Saxlanılan şəxslərə baş çəkməkdə əsas məqsədimiz saxlanma şəraiti və onlara rəftarla maraqlanmaqdır. Saxlanılan şəxslərlə görüş zamanı əldə olunan məlumat tamamilə məxfi saxlanılır. Həmin şəxsləri saxlayan dövlətə hər hansı bir müşahidələrimiz və ya tövsiyələrimiz olsa, biz bunu da tam məxfi şəkildə birbaşa həmin dövlət qurumlarına təqdim edirik. Ailələrə isə bu məlumatlar birbaşa verilmir. Saxlanılan şəxslərin ailələrinə “Qızıl Xaç məktubu” yazmaq hüququ var. O məktublar bizim tərəfimizdən yoxlandıqdan sonra saxlanılan şəxslərin ailələrinə verilir. Bu, bizim bütün dünyada olan iş təcrübəmizdir. Təzə hərbi əsir olanda biz icazə alıb onlara baş çəkirik.
- BQXK həm də münaqişə nəticəsində itkin düşmüş şəxslərin axtarışı ilə məşğuldur. Hazırda Sizin siyahınızda itkin düşmüş şəxs kimi neçə nəfər qeydiyyatdadır?
- Onların sayı 3705 nəfərdir. Bu rəqəm daim dəyişir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlara əlaqədar Dövlət Komissiyasının da öz siyahısı var. Çalışırıq ki, öz siyahımızı Dövlət Komissiyasının siyahısı ilə ümümiləşdirək. Buna görə də həmin rəqəm daim dəyişir.
- BQXK-nın Azərbaycandakı nümayəndəliyi fəaliyyət göstərdiyi illər ərzində neçə şəxsin əsirlikdən azad olunmasına yardım olub?
- Bizdə bu barədə dəqiq məlumat yoxdur. Bizim məlumatlar 2000-ci ildən bu yana toplanılır. Son 10 il ərzində hər iki tərəf arasında təxminən 70-ə yaxın şəxs dəyişdirilib (hərbi əsirlər, mülki şəxslər və insan qalıqları).
Sosial
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mədinə Babayevanın qalıqları 33 il sonra Kəlbəcərdə dəfn olunub - FOTO
Baş prokuror Xətai rayonunda qəbul keçirib
Xəbər Lenti
Qaradağda başına dəmir düşən kişi ölüb
Ötən gün bağlı qapı arxasında qalan 2 nəfər xilas edilib, 1 nəfərin meyiti tapılıb
Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib - VİDEO
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub
Rusiya HHM qüvvələri gecə ərzində 389 Ukrayna PUA-sını vurub
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Neftin qiyməti 72 dolları ötüb
Fransa Hörmüz boğazında təhlükəsizliyi gücləndirmək üçün hərbi qüvvələr göndərib
DÇ-26: Kolumbiya 1/8 finala yüksəlib
Cokoviç Uimbldonda Federerin rekorduna şərik olub
Bloomberg: NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib
BBC: İngiltərə–Meksika matçının başlama vaxtı qasırğaya görə dəyişdirilə bilər
DÇ-2026: Argentina Kabo-Verdeni çətinliklə məğlub edərək 1/8 finala çıxıb - YENİLƏNİB
Rusiyanın Sumıya aviazərbəsi nəticəsində 4 nəfər ölüb
DÇ-2026-da avtoqollar üzrə yeni rekord qeydə alınıb
Zelenski G7 və ABŞ-ı Rusiyanın Ukraynaya zərbələrini dayandırmağa çağırıb
Notr-Dam kilsəsinin bərpası 2033-cü ilə qədər davam edəcək
Tramp Obama və Baydeni Ağ Evdə futbol matçını birlikdə izləməyə dəvət edə biləcəyini deyib
Zelenski: Ukrayna ballistik raketlərin istehsalını sürətləndirəcək
Livan XİN başçısı: İsraillə çərçivə sazişi yekun razılaşma deyil
Venesuelada zəlzələ qurbanlarının sayı 2 645 nəfərə çatıb
Litva Prezidenti: Müdafiə xərclərini 5 faizə çatdırmayan ölkələr NATO-nun birliyini təhlükə altına qoya bilər
DÇ-2026: Misir 1/8 final mərhələsinə vəsiqə qazanıb
Tramp Bayden administrasiyası dövründə məhkum olunmuş altı ABŞ vətəndaşını əfv edib
Hemilton Britaniya Qran-prisinin sprint təsnifatının qalibi olub
Macarıstan Aİ-nin Ukrayna ilə növbəti danışıqlar mərhələsinə razılıq verib
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB
Almaniyada 30 mindən çox "Mercedes-Benz" işçisi etiraz aksiyasına çıxıb
Hikmət Hacıyev ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik edib
Türkiyədən İraqa gedən avtobus qəzaya uğrayıb, 40 nəfər xəsarət alıb
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Netanyahu Trampla ABŞ-da görüş barədə razılığa gəlib
Merz: Almaniya təhlükəsizlik məsələlərində daha çox məsuliyyət götürəcək
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
Birinci Qarabağ müharibəsi şəhidi Bahadur Kamalovun qalıqları Kəlbəcərdə dəfn olunub - FOTO
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTO
Naxçıvan şəhərində yük avtomobili 2 piyadanı vurub
Monteneqro İnterpol xətti ilə axtarılan şəxsi Azərbaycana təhvil verəcək
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb - FOTO
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
Ötən ay Bakı metrosundan 18,6 milyon sərnişin istifadə edib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mədinə Babayevanın qalıqları 33 il sonra Kəlbəcərdə dəfn olunub - FOTO
KİV: NATO sammitində Ukraynaya 140 mlrd. avroluq hərbi yardım paketi ayrılacaq
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
ADY rəhbərliyi Rusiya və İranla əməkdaşlığı müzakirə edib, protokol imzalanıb
BMMT-nin Baş katibi Sudan XİN rəhbəri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Sabir Hacıyev: Rəqəmsal inkişaf Azərbaycanın gələcək rəqabət üstünlüyünü formalaşdıran strateji seçimdir
70 000 manatadək kredit - KOMİSSİYASIZ