Bank Of Baku

Həftə sonu Azərbaycan ərazisində havanın temperaturu yüksələcək

Həftə sonu Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
# 04 fevral 2011 13:52 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, respublikanın əksər rayonlarında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Fevralın 5-də günün birinci yarısında şimal-qərb küləyi axşama doğru arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Fevralın 6-da isə ölkə ərazisində güclü cənub-qərb küləyinin əsəcəyi proqnozlaşdırılır. Küləyin maksimal sürətinin arabir saniyədə 25-28 metrədək yüksələcəyi gözlənilir.

Fevralın 5-də Bakı və Abşeron yarımadasında havanın temperaturu 5-7 dərəcə isti olacaq, fevralın 6-da isə temperatur 9 dərəcəyədək yüksələcək.

Respublikanın aran rayonlarında yaxın iki gün ərzində gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlıq rayonlarında gecə 5-10 dərəcə şaxta, gündüz 5 dərəcə isti olacaq.

Fevralın 5-də ümumilikdə meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əlverişlidir. Lakin fevralın 6-da atmosfer təzyiqinin kəskin aşağı enməsi fonunda güclü gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas, xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda narahatçılıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR