Bank Of Baku

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Turan Mübarizi” adlı kitabın təqdimat mərasimi keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Turan Mübarizi” adlı kitabın təqdimat mərasimi keçirilib
# 04 fevral 2011 16:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyi və “Ozan” nəşriyyatının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Turan Mübarizi” adlı kitabın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, gecədə Milli Qəhrəmanın həyat və fəaliyyətindən bəhs edən çıxışlarla yanaşı, ədəbi-bəddi, musiqili kompozisiya nümayiş etdirilib.

Nəfis şəkildə çap olunan “Turan Mübarizi” kitabında M. İbrahimovla bağlı rəsmi sənədlər, ölkə başçısı İlham Əliyevin onunla bağlı söylədiyi fikirlər, görkəmli elm və mədəniyyət adamlarının, ziyalıların, onu yaxından tanıyan insanların ürək sözləri, tarixi faktlar, şeirlər, məqalələr, çoxsaylı fotoşəkillər və digər maraqlı materiallar yer alıb. Kitabın müəllifi polkovnik Yəhya Yusif Canıyar, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Asif Rüstəmlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR