Ötən il Konstitusiya Məhkəməsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib
İclasda ötən il məhkəməyə daxil olmuş müraciətlər, sorğular və vətəndaşların şikayətləri ilə bağlı qəbul edilmiş qərar və qərardadlar barədə, habelə aparılmış təhlillər, analitik rəylər və arayışlar, Konstitusiya Məhkəməsinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti məsələləri müzakirə edilib.
Aparatın müvafiq şöbələri və sektorlarının müdirlərinin hesabatları, aparatın rəhbər şəxslərinin çıxışları dinlənilib.
İclasda hesabat ilində Konstitusiya Məhkəməsinə müraciət hüququndan istifadə edən subyektlər tərəfindən qanunvericilikdə mövcud olan ziddiyyətli məqamlarla bağlı hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə və bir sıra vacib hüquqi məsələlərə aid daxil olmuş müraciətlər və sorğular barədə məlumat verilib.
Ötən il məhkəmələrdən daxil olmuş müraciətlər əsasında Konstitusiya Məhkəməsi Plenumunun 8 qərar qəbul etdiyi, hazırda bəzi müraciətlərin icraata qəbul olunmasının mümkünlüyü baxımından öyrənildiyi, ümumilikdə isə hesabat dövründə daxil olmuş sorğu, müraciət və şikayətlər əsasında Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 20 qərar və 6 qərardad qəbul edildiyi diqqətə çatdırılıb. Həmin qərarlarda hüquqi cəhətdən bir sıra ziddiyyətli məsələlərə və hüququn tətbiqində yaranan kolliziyalara ətraflı şərhlər və tövsiyələr verilib.
Konstitusiya Məhkəməsinin sədri ötən il beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlərdən danışaraq deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş beynəlxalq konfrans yüksək səviyyədə keçirilib. Fərhad Abdullayev beynəlxalq konstitusiya nəzarəti orqanlarının təcrübəsinin Konstitusiya Məhkəməsinin fəaliyyəti və ölkəmizin hüquq ictimaiyyəti üçün əhəmiyyətindən geniş şəkildə danışıb.
Sonra aparatın işçi qrupunun hesabat dövründəki fəaliyyəti, Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin müvafiq tapşırıqları ilə rəylərin hazırlanması, qanunvericilikdə mövcud boşluqların və ziddiyyətlərin aşkar olunması sahəsindəki işi müsbət qiymətləndirilmiş, struktur rəhbərləri qarşısında bir sıra vəzifələr qoyulub.
Fərhad Abdullayev, həmçinin yanvarın 27-də Prezident Administrasiyasında Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının iclasında dövlət orqanları qarşısında qoyulmuş tələblər və verilmiş təlimatları qeyd edib, vətəndaşların şikayət və ərizələrinin, habelə məhkəmələrdən daxil olan müraciətlərin daha da diqqətlə öyrənilməsi, məhkəmə hakimiyyətinə vətəndaşların etibarının artırılması, şikayətlərdə məhkəmə orqanlarına aid olan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verib.
Sosial
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mədinə Babayevanın qalıqları 33 il sonra Kəlbəcərdə dəfn olunub - FOTO
Baş prokuror Xətai rayonunda qəbul keçirib
Xəbər Lenti
Qaradağda başına dəmir düşən kişi ölüb
Ötən gün bağlı qapı arxasında qalan 2 nəfər xilas edilib, 1 nəfərin meyiti tapılıb
Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib - VİDEO
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub
Rusiya HHM qüvvələri gecə ərzində 389 Ukrayna PUA-sını vurub
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Neftin qiyməti 72 dolları ötüb
Fransa Hörmüz boğazında təhlükəsizliyi gücləndirmək üçün hərbi qüvvələr göndərib
DÇ-26: Kolumbiya 1/8 finala yüksəlib
Cokoviç Uimbldonda Federerin rekorduna şərik olub
Bloomberg: NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib
BBC: İngiltərə–Meksika matçının başlama vaxtı qasırğaya görə dəyişdirilə bilər
DÇ-2026: Argentina Kabo-Verdeni çətinliklə məğlub edərək 1/8 finala çıxıb - YENİLƏNİB
Rusiyanın Sumıya aviazərbəsi nəticəsində 4 nəfər ölüb
DÇ-2026-da avtoqollar üzrə yeni rekord qeydə alınıb
Zelenski G7 və ABŞ-ı Rusiyanın Ukraynaya zərbələrini dayandırmağa çağırıb
Notr-Dam kilsəsinin bərpası 2033-cü ilə qədər davam edəcək
Tramp Obama və Baydeni Ağ Evdə futbol matçını birlikdə izləməyə dəvət edə biləcəyini deyib
Zelenski: Ukrayna ballistik raketlərin istehsalını sürətləndirəcək
Livan XİN başçısı: İsraillə çərçivə sazişi yekun razılaşma deyil
Venesuelada zəlzələ qurbanlarının sayı 2 645 nəfərə çatıb
Litva Prezidenti: Müdafiə xərclərini 5 faizə çatdırmayan ölkələr NATO-nun birliyini təhlükə altına qoya bilər
DÇ-2026: Misir 1/8 final mərhələsinə vəsiqə qazanıb
Tramp Bayden administrasiyası dövründə məhkum olunmuş altı ABŞ vətəndaşını əfv edib
Hemilton Britaniya Qran-prisinin sprint təsnifatının qalibi olub
Macarıstan Aİ-nin Ukrayna ilə növbəti danışıqlar mərhələsinə razılıq verib
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB
Almaniyada 30 mindən çox "Mercedes-Benz" işçisi etiraz aksiyasına çıxıb
Hikmət Hacıyev ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik edib
Türkiyədən İraqa gedən avtobus qəzaya uğrayıb, 40 nəfər xəsarət alıb
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Netanyahu Trampla ABŞ-da görüş barədə razılığa gəlib
Merz: Almaniya təhlükəsizlik məsələlərində daha çox məsuliyyət götürəcək
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
Birinci Qarabağ müharibəsi şəhidi Bahadur Kamalovun qalıqları Kəlbəcərdə dəfn olunub - FOTO
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTO
Naxçıvan şəhərində yük avtomobili 2 piyadanı vurub
Monteneqro İnterpol xətti ilə axtarılan şəxsi Azərbaycana təhvil verəcək
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb - FOTO
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
Ötən ay Bakı metrosundan 18,6 milyon sərnişin istifadə edib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mədinə Babayevanın qalıqları 33 il sonra Kəlbəcərdə dəfn olunub - FOTO
KİV: NATO sammitində Ukraynaya 140 mlrd. avroluq hərbi yardım paketi ayrılacaq
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
ADY rəhbərliyi Rusiya və İranla əməkdaşlığı müzakirə edib, protokol imzalanıb
BMMT-nin Baş katibi Sudan XİN rəhbəri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Sabir Hacıyev: Rəqəmsal inkişaf Azərbaycanın gələcək rəqabət üstünlüyünü formalaşdıran strateji seçimdir
70 000 manatadək kredit - KOMİSSİYASIZ