Bank Of Baku

Baş Prokurorluq: Azərbaycanda 2010-cu ildə törədilmiş 23 010 cinayət hadisəsinin 86,4 faizinin açılması təmin edilib

Baş Prokurorluq: Azərbaycanda 2010-cu ildə törədilmiş 23 010 cinayət hadisəsinin 86,4 faizinin açılması təmin edilib
# 04 fevral 2011 19:33 (UTC +04:00)
Z. Qaralov bildirib ki, 2010-cu ildə qeydə alınmış ağır və xüsusilə ağır, böyük ictimai təhlükə törətməyən, adam oğurluğu, zorlama, dələduzluq, soyğunçuluq, xuliqanlıq, hədə-qorxu ilə tələb etmə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, yetkinlik yaşına çatmayanlar tərəfindən və xarici ölkə vətəndaşlarına qarşı törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb, adamların girov götürülməsi kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş 23 010 cinayətin 86,4 faizinin açılması təmin edilib. Keçmiş illərdə törədilməklə bağlı qalan qəsdən adamöldürmə kimi 5 ağır cinayətin üstünün açılması təmin edilib. 2010-cu ildə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin yeni müstəvidə daha səmərəli təşkili üçün görülən işlər müsbət nəticələrini verib, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 15 285 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları təsdiq olunaraq 9784 iş məhkəmələrə göndərilib.

Baş prokuror qeyd edib ki, yüksək peşəkarlıq göstərilməklə ictimaiyyətin maraq dairəsində olan, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin keyfiyyətli istintaqının aparılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması təmin edilib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsi tərəfindən Gürcüstan vətəndaşı Fərda Qədirovun qanunsuz əldə etdiyi “Makarov” markalı tapança ilə 2009-cu il aprelin 30-da, Azərbaycan Dövlət Neft Akademiyasında qarşısına çıxan tələbə və müəllimlərə atəş açaraq 12 nəfəri qəsdən öldürməsi və 13 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktı üzrə başlanılmış cinayət işi üzrə böyük həcmdə işlər görülməklə istintaq yekunlaşdırılıb, cinayət işi aidiyyəti üzrə baxılması üçün Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilib.

Bundan başqa, 2009-cu il iyulun 16-da Balakən rayonundakı “Qubek” yüksəkliyində xarici dövlətlərin və Azərbaycan Respublikası vətəndaşlarından ibarət mütəşəkkil silahlı dəstə üzvlərinin Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin xidmətdə olan əsgərlərinə odlu silahlardan atəş açmaqla onları qəsdən öldürməyə, dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərmələri və sair faktlara görə başlanmış cinayət işinin istintaqı tamamlanaraq, aidiyyəti üzrə baxılması üçün Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilməsi təmin edilib.

Hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində kəsərli istintaq-əməliyyat tədbirlərinin görülməsinə baxmayaraq, qəsdən adam öldürmə cinayətlərinin sayının artması, 16 belə cinayətin, o cümlədən Şəmkir rayonunda 3, Cəlilabad rayonunda 2, Bakı şəhərinin Səbail rayonunda 2, Sabunçu, Suraxanı, Binəqədi və Nərimanov, habelə Ağdaş, Qazax, Xaçmaz, Göygöl rayonlarının hər birində və Gəncə şəhərində 1 cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilmişdir. Tələb edilib ki, 2010-cu ildə və əvvəlki illərdə bağlı qalan bütün qəsdən adam öldürmə hadisələrinin açılması üçün daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülsün.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR