Bank Of Baku

FAO: Dünyada «acların üsyanı» gözlənilir

FAO: Dünyada «acların üsyanı» gözlənilir
# 05 fevral 2011 09:40 (UTC +04:00)
Bu barədə Fransanın kənd təsərrüfatı naziri Brüno Le Mer BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) direktoru Jak Diufla birgə mətbuat konfransında bildirib.

APA-nın «Frans-Press»ə istinadən verdiyi məlumata görə, bu günlərdə FAO rəsmi press-relizində bildirib ki, dünyada ərzağın qiymətləri növbəti rekord həddə çatıb. Bu ilin yanvarında FAO-nun ərzaq qiyməti indeksi (bu indeks taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətinə əsasən hesablanır) dekabra nisbətən 3,4% artaraq 231 bəndə çatıb. Bu, indeksin tətbiq olunduğu 1990-cı ildən bəri ən yüksək həddir.

FAO-da bildiriblər ki, çox güman ki, ərzağın qiyməti yaxın aylarda da yüksək olaraq qalacaq. «CBC News»in məlumatına görə, bundan ən çox zərər çəkənlər isə Çin, Hindistan, İndoneziya və Rusiya olacaq.

FAO-nun məlumatına görə, bir qədər əvvəl Tunisdə, indi isə Misirdə baş verən iğtişaşların və etirazların səbəbi də ərzağın bahalaşmasıdır. FAO-nun qiymət indeksi 200 bənd təşkil etdiyi 2007-2008-ci illərdə ərzağın bahalığı 61 ölkədə «acların üsyanı»na səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR