Bank Of Baku

Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları təsdiqlənib

Dövlət Miqrasiya  Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları təsdiqlənib
# 07 fevral 2011 08:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti “Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Artur Rəsizadənin imzaladığı qərara əsasən Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin geyim forması və fərqlənmə nişanları ilə təminatı xidmətin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.

Siyahıda DMX-nin ali, böyük və orta xüsusi rütbəsi olan işçilər üçün geyim forması, əlavə geyim forması və ləvazimatların adı, sayı və istifadə müddəti göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR