Bank Of Baku

Nazirlər Kabineti dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında qərar qəbul edib

Nazirlər Kabineti dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında qərar qəbul edib
# 07 fevral 2011 11:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında qərar qəbul edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərar Azərbaycanın ali təhsil müəssisələrində, elmi idarə və təşkilatlarında elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi ilə bağlı məsələləri tənzimləmək məqsədilə qəbul edilib. Sənədə əsasən elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinin rəsmi opponentlərinə elmlər doktoru elmi dərəcəsi üzrə - 40 saat; fəlsəfə doktoru elmi dərəcəsi üzrə - 20 saat müəyyən olunub.

Rəsmi opponentlərin əməyinin saat hesabı ödənilməsi məbləğləri Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saat hesabı ödənilməsi məbləğləri haqqında” 2000-ci il 20 noyabr tarixli 205 saylı qərarına uyğun olaraq ali məktəb tələbələri ilə tədris məşğələləri aparan şəxslər üçün nəzərdə tutulmuş məbləğlərdə müəyyənləşdiriləcək. Dissertasiya işləri üzrə opponentliyə görə saat hesabı ödəniş haqları həmin şəxslərin çalışdıqları müəssisə, idarə və təşkilatların xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR