Bank Of Baku

Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskinləşib

Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskinləşib
# 07 fevral 2011 12:13 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Dünən axşam saatlarından başlayaraq Azərbaycanın şimal rayonlarında hava şəraiti kəskinləşib. APA-nın şimal bürosunun xəbərinə görə, regionda havanın temperaturu 4-5 dərəcə aşağı düşüb. Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb. Quba Hidrometeorologiya Mərkəzinin rəhbəri Aliyə Ələkbərovanın APA-ya verdiyi məlumata görə, Qubanın Qırız, Xınalıq və Xaltan kəndlərinə yağan qarın hündürlüyü 7-8 santimetrə çatıb. Fevralın 8-dən başlayaraq, regionda hava şəraitinin daha da kəskinləşməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR