Bank Of Baku

Azərbaycanda hemofiliyalı xəstələrin dövlət reyestri yaradılacaq

Azərbaycanda hemofiliyalı xəstələrin dövlət reyestri yaradılacaq
# 07 fevral 2011 12:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”na uyğun olaraq hemofiliya xəstəliyindən əziyyət çəkən xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması məqsədilə “Faktor konsentratları” dərman preparatları ilə təminat və hemofiliyalı xəstələrin reyestri yaradılacaq. Azərbaycan Hemofiliya Assosiasiyasının prezidenti Gülnarə Hüseynova APA-ya bildirib ki, reyestrdə xəstənin yaşı, cinsi, qanaxma ilə müşayiət olunan xəstəliyin növü, ağırlıq dərəcəsi, aldığı müalicə və inhibitor, oynaq xəstəlikləri, qaraciyər xəstəlikləri və s. ağırlaşmalar haqqında məlumatlar olacaq. Reyestrin obyektiv məlumatları müalicə preparatlarının alınması üçün tender müraciətlərində də istifadə oluna bilər: “Ümümdövlət reyestri hemofiliya xəstələrinin müəyyən edilməsi və diaqnostikasına nəzarət etməyə, həmçinin onların səhhətinin vəziyyətini qiymətləndirməyə imkan verir. Bu reyestrin mövcud olması ölkəmizdə hemofiliya xəstələrinin sayı haqqında fundamental suallara cavab verməyə imkan verəcək”.

G. Hüseynova bu məlumatların hemofiliya xəstələrinin həyatlarının yaxşılaşdırılması üçün çox mühüm olduğunu da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR