Bank Of Baku

Nazirlər Kabineti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq edib

Nazirlər Kabineti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq edib
# 06 iyul 2011 14:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Artur Rəsizadənin imzaladığı qərara əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan, ancaq komitənin tabeliyindəki 9 qurum müəyyənləşdirilib. Bunlar təsərrüfat hesablı Təchizat və İstehsalat İdarəsi, Tikilməkdə olan Müəssisələr Müdiriyyəti, Layihə Texnoloji Konstruktor İdarəsi, Sumqayıt şəhər Təsərrüfat hesablı İxtisaslaşdırılmış Təmir-Tikinti Quraşdırma İdarəsi,
Gəncə İstehsalat və Təmir-Tikinti İdarəsi, Sabirabad rayon Təsərrüfat hesablı Təmir-Tikinti sahəsi, "Vətən səsi" qəzetinin redaksiyası, Təchizat və İstehsalat İdarəsinin tabeliyində olan təsərrüfat hesablı təşkilatlar - Baza Sənaye Kombinatı, Mərdəkan Sənaye Kombinatı, "Top Çinar" Aqrar Fermer Təsərrüfatı, Göygöl Aqrar Sənaye Kombinatı, "Qarabağ" Aqrar Fermer Təsərrüfatı, "Alıbəyli" sənaye və kənd təsərrüfatı müəssisəsi, Araz İstehsal və Təlim Kombinatı, Şamaxı Aqrar Fermer Təsərrüfatı və Füzuli "Üç Çinar" Aqrar Sənaye Kombinatıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR