Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının əməkhaqları artırılıb

Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının əməkhaqları artırılıb
# 06 iyul 2011 16:00 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan hökuməti “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” 2010-cu il 27 sentyabr tarixli 166 nömrəli qərarına dəyişiklik edib.

Nazirlər Kabinetindən “APA-Economics”ə verilən məlumata görə, “Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan prezidentinin 2011-ci il 27 aprel tarixli 1475 nömrəli sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqları artırılıb.

“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Kabinetinin 2010-cu il 27 sentyabr tarixli 166 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 832) 2 nömrəli əlavə - “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli” aşağıdakı redaksiyada verilib:

Əməyin ödənilməsi dərəcələri

 Aylıq tarif (vəzifə) maaşı (manatla)

1

120

2

125

3

130

4

135

5

140

6

145

7

150

8

160

9

170

10

180

11

190

12

200

13

210

14

230

15

250

16

290

17

370

18

450

19

680



Qərar 2011-ci il mayın 1-dən qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR