Bank Of Baku

Azərbaycandan olan 80 əlil Ukraynada müalicə kursu keçəcək

Azərbaycandan olan 80 əlil Ukraynada müalicə kursu keçəcək
# 07 iyul 2011 07:40 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu ilin iyul-avqust aylarında 80 nəfər əlil Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün İxtisaslaşmış müalicə mərkəzində müalicə kursu keçəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, əlillərdən 40 nəfəri həmin mərkəzə göndərilib. Qalanları isə növbəti ayın əvvəllərində yola salınacaqlar.
Məlumatda bildirilir ki, müalicə mərkəzinə göndərilən əlillərin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR