Bank Of Baku

Təhsil Nazirliyi: Azərbaycanda yaşayan milli azlıqların dərslik problemi yoxdur

Təhsil Nazirliyi: Azərbaycanda yaşayan milli azlıqların dərslik problemi yoxdur
# 07 iyul 2011 09:26 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. Şöbə müdiri bildirib ki, əvvəlki illərdə talış, ləzgi, saxur, avar, ötən il isə udinlər üçün yeni dərsliklər çap etdirilib. Növbəti tədris ili üçün isə belə dərsliklərin çapı nəzərdə tutulmur: “Çünki lazımi sayda dərsliklərin çapı və yerlərə paylanılması həyata keçirilib. Hələ anbarımızda da bu vəsaitlərdən var. Ehtiyac olarsa, yenə lazımi köməklik göstəriləcək”.

Şöbə müdiri bu il Gürcüstan və Dağıstanda yaşayan azərbaycanlıların da dərs vəsaitləri ilə təminatında heç bir problemin olmayacağını qeyd edib: “Ümumi dərsliklərin çapında onlar da nəzərə alınıb. Növbəti dərs ilinədək dərslikləri soydaşlarımıza çatdıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR