Bank Of Baku

Yüksək dağlıq ərazilərdə buzlaqların əriməsi nəticəsində Qusarçay və Qudyalçayda sululuq artıb

Yüksək dağlıq ərazilərdə buzlaqların əriməsi nəticəsində Qusarçay və Qudyalçayda sululuq artıb
# 07 iyul 2011 09:41 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Departamentdən APA-ya verilən məlumata görə, son günlər ölkə ərazisində havaların isti və yağmursuz keçməsi ilə əlaqədar bəzi dağ çaylarında sululuğun bir qədər azalması müşahidə olunub. Lakin Böyük Qafqazın şimal-şərqindəki yüksək dağlıq ərazilərdə temperaturun yüksəlməsi, qarın və buzlaqların əriməsi nəticəsində Qusarçay və Qudyalçay çaylarında sululuq artıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-125, Balakən-Şəki bölgəsi çaylarında 70-113, Lənkəran-Astara bölgəsi çaylarında 40-140, Kiçik Qafqaz çaylarında 40-90 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 230 kub metr/saniyə, yəni ongünlük normanın 77 faizini Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 95 kub metr/saniyə, yəni ongünlük normanın 65 faizini təşkil edir.

Kür çayının aşağı axınında isə suyun səviyyəsində kəskin azalma müşahidə olunub. Belə ki, iyul ayının 1-dən 7-nə qədər Surra məntəqəsində suyun səviyyəsi 52 santimetr, Şirvanda 80, Salyanda 110, Bankədə 30, Araz çayının Novruzlu məntəqəsində isə 65 santimetr azalıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 445, Şirvanda 322, Salyanda, Bankədə 261, Araz çayının Novruzlu məntəqəsində isə 170 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR