Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilləri Nabran istirahət zonasına göndərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilləri Nabran istirahət zonasına göndərib
# 07 iyul 2011 09:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 575 nəfər əlil vətəndaşın Nabran istirahət zonasına göndərilməsini nəzərdə tutur.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, artıq iyunun əvvəllərindən bu vaxtadək hər biri 72 nəfər əlildən ibarət 3 qrup xüsusi avtobuslarla adıgedən istirahət zonasına yola salınıb.

İstirahətə göndərilənlərin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlar, 20 Yanvar, Çernobıl və hərbi xidmət əlilləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR