Bank Of Baku

Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 119 müraciət daxil olub

Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 119 müraciət daxil olub
# 07 iyul 2011 09:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu ilin iyun ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə 119 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq tədbirlər görülüb: “Belə ki, ağacların kəsilməsi ilə əlaqədar 22, aşma təhlükəsinin olması ilə əlaqədar 53, atmosfer havasının çirklənməsi ilə bağlı 9, məişət tullantılarının qalaqlanması ilə bağlı 14, çirkab suların axıdılması ilə bağlı 3, səs-küylə bağlı 12, yerin təkindən istifadə ilə bağlı 2, faunanın mühafizəsi ilə bağlı isə 4 müraciət daxil olub. Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənib və qanunamüvafiq tədbirlər görülüb, 12 müraciət isə öz təsdiqini tapmayıb”.

İ. İbrahimovanın sözlərinə görə, ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 53 müraciətdən 47-nə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı rəy və təkliflər verilib, 1 müraciət əsassız hesab edilib, 5 müraciət isə icradadır: “Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, səs-küy və faunanın mühafizəsi ilə əlaqədar daxil olmuş 44 müraciətdən 10-u ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, 4 müraciət icradadır. 30 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb. Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR