Bank Of Baku

Ədliyyə Nazirliyi universal elektron xidmət köşklərini istifadəyə verir

Ədliyyə Nazirliyi universal elektron xidmət köşklərini istifadəyə verir
# 07 iyul 2011 11:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ədliyyə Nazirliyi əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkil edilməsi məqsədilə universal elektron xidmət köşklərini istifadəyə verir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, elektron xidmət köşkləri iyulun 1-dən etibarən sınaq rejimində bir sıra yerli qurumlarda istifadəyə verilib. Həmin köşklər vasitəsilə vətəndaşlar inzibati işçilərlə təmasda olmadan notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı ilə əlaqədar, o cümlədən qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, tələb olunan sənədləri və sairə məlumatları əldə edə bilərlər.
Köşklərdə quraşdırılan elektron ödəmə sistemi banka müraciət etmədən ödənişlərin istər kart, istərsə də nağd şəkildə həyata keçirilməsini də mümkün edir. Yüksək sürətli internet nəticəsində vətəndaşlara köşklər vasitəsilə nazirliyin “qaynar xətti”nə və elektron poçtuna müraciət etmək imkanı da yaradılıb. Məlumatda qeyd olunub ki, bu təcrübənin tətbiqi şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə yanaşı vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də xidmət edəcək. Hazırda bu sahədə işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR