Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimlərin əməkçi miqrant sayılmadığını açıqlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimlərin əməkçi miqrant sayılmadığını açıqlayıb
# 07 iyul 2011 12:43 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) son vaxtlar müxtəlif mətbuat orqanlarında Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan və məcburi dövlət sosial sığorta haqqı ödəyən əməkçi miqrantların say göstəricisi ilə bağlı dərc edilən fərqli rəqəmlərə aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, iyulun 1-nə olan məlumata əsasən əməkçi miqrant statusu ilə Azərbaycanda işləyənlərin sayı 9 160 nəfər təşkil edir.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis əvəzi Rauf Tağıyev bildirib ki, bu rəqəmin bir sıra hallarda xeyli artıq göstərilməsinin səbəbi ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan bütün əcnəbilərin yanlış olaraq əməkçi miqrant kateqoriyasına aid edilməsi ilə bağlıdır. Ölkədə gəlir gətirən fəaliyyətlə məşğul olan əcnəbilərin heç də hamısının əməkçi miqrant statusuna malik olmadığını vurğulayan R.Tağıyev deyib ki, Azərbaycanda daimi yaşayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, beynəlxalq təşkilatlarda işləyən və s. əcnəbilər hətta “Sosial sığorta haqqında” qanunun 12-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər olmalarına baxmayaraq, onlar qanunvericiliklə əməkçi miqrant hesab edilmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR