Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarına medallar təqdim olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarına medallar təqdim olunub
# 08 iyul 2011 09:09 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edilmiş komitə əməkdaşlarına medallar təqdim olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən DQİDK-nin sədri Hidayət Orucov Azərbaycan prezidentinin sərəncamını Komitənin əməkdaşlarına böyük diqqət və etimad olaraq qiymətləndirib. H. Orucov bu diqqətə görə ölkə rəhbərinə təşəkkür edib. Komitə sədri dini sahədə maarifçilik və digər məsələlərdə nöqsan və problemlər olduğunu da deyib. O, nöqsan və problemlərin həll olunması üçün bundan sonra daha səylə çalışacaqlarını bildirib.

Komitənin əməkdaşlarına “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarını H. Orucov özü təqdim edib.

Sonra tədbir jurnalistlərin iştirakı olmadan qapalı iclas formatında davam etdirilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 17 iyun 2011-ci il tarixli sərəncamı ilə DQİDK-nin 3 əməkdaşına “Tərəqqi”, 3 əməkdaşına isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR