Bank Of Baku

Azərbaycan ərazisində istilər davam edəcək, bəzi yerlərdə temperatur 42 dərəcəyə çatacaq

Azərbaycan ərazisində istilər davam edəcək, bəzi yerlərdə temperatur 42 dərəcəyə çatacaq
# 08 iyul 2011 09:18 (UTC +04:00)
Səhər yarımadanın bəzi yerlərində duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 21-26, gündüz 35-38, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

İyulun 10-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 9-da hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 30-35 dərəcə isti olacaq.

İyulun 10-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 8-də Abşeron yarımadasında zəif gilavar küləyi, bəzi saatlarda havada durğunluq, oksigen sıxlığının azalması ilə müşayiət olunan xəzriqabağı şərait zamanı günorta saatlarında qızmar isti temperatur diskomfortu meteohəssas, xüsusilə ürək-damar və tənəffüs orqanı xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı iki gün ərzində arabir güclənən xəzri küləyinin müdaxiləsi ilə meteohəssas insanlar üçün yaranmış gərgin vəziyyət aradan qalxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR