Bank Of Baku

TQDK-nın Bakıda keçirdiyi imtahanlar zamanı 21 abituriyentə tibbi yardım göstərilib

TQDK-nın Bakıda keçirdiyi imtahanlar zamanı 21 abituriyentə tibbi yardım göstərilib
# 11 iyul 2011 08:40 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib. Onun sözlərinə görə, dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) binası da daxil olmaqla imtahan keçirilən 42 obyektdə stansiyanın 38 briqadası fəaliyyət göstərib. Həkimlər səhər 08.30-dan 14.00-a qədər imtahan keçirilən binalarda olublar: “Təcili tibbi yardım göstərilən 29 nəfərdən 21-i abituriyent, 8 nəfəri valideyn olub. Yardım göstərilən abituriyentlərdən 12-si birbaşa imtahan zallarında olan abituriyentlər idi. Onlardan 11 nəfəri imtahan zalından çıxarılıb yardım göstəriləndən sonra yenidən imtahan zalına buraxıldılar. 159 saylı orta məktəbdə təcili yardım göstərilən Abdullazadə Ləman adlı abituriyentə də yardım göstərilib. Həkimlərin məlumatına görə, o hamilə olub. Lakin bizə məlum olmayan səbəbdən o yenidən imtahan zalına buraxılmayıb”.

M. Həmidov deyib ki, imtahan zamanı edilən müraciətlərin əksəriyyəti əsəb gərginliyi və həyəcanla bağlı olub: “Abituriyentlər daha çox öz biliklərinə güvənməlidirlər. Abituriyentlər həyəcanlı olanda bəzən öz bildiklərini də unuda bilərlər. Yaxşı olar ki, imtahandan bir gün qabaq abituriyentlər tamam kitabdan uzaqlaşsınlar və dincəlsinlər. İmtahana tam sakit halda girmək, özünü psixoloji cəhətdən hazırlamaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR