Bank Of Baku

Azərbaycanda Ermənistana qarşı qaldırılan iddia ərizələri Avropa Məhkəməsinə göndərilib

Azərbaycanda Ermənistana qarşı qaldırılan iddia ərizələri Avropa Məhkəməsinə göndərilib
# 11 iyul 2011 09:16 (UTC +04:00)
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi “Erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı Məhkəmə iddiasının qaldırılması” layihəsi çərçivəsində ermənilər tərəfindən dağıdılmış və ya erməniləşdirilmiş Azərbaycana məxsus 4 məscid, 5 muzey və 3 Alban dövrü monastırın vandalizmə uğradılması barədə Ermənistana qarşı məhkəmə iddiası Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.

Məlumatda qeyd olunub ki, təşkilat Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi, Gəncəsər monastırı, Şuşa şəhərindəki Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidləri, Laçın Tarix-Diyarşünaslıq Muzeyi, Ağoğlan qəsri, Ağdam rayonundakı Cümə məscidi, Şahbulaq qəsri, Zəngilan Tarix-diyarşünaslıq Muzeyi, Xalqlar Dostluğu və Daş Heykəllər muzeyləri ilə bağlı iddia qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR