Bank Of Baku

Azərbaycanda havanın temperaturu düşəcək, bəzi rayonlarda yağış və dolu yağacaq

Azərbaycanda havanın temperaturu düşəcək, bəzi rayonlarda yağış və dolu yağacaq
# 11 iyul 2011 09:19 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə
mülayim şimal küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 29-34, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə olacaq.

İyulun 13-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyinin əsəcək. Gecə 20-25, gündüz 30-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 12-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı proqnozlaşdırılır.

İyulun 13-də bölgələrdə havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR