Bank Of Baku

Millət vəkili Qənirə Paşayeva Bayburtda keçiriləcək Dədə Qorqud 17-ci Beynəlxalq və Sənət Festivalında iştirak edəcək

Millət vəkili Qənirə Paşayeva Bayburtda keçiriləcək Dədə Qorqud 17-ci Beynəlxalq və Sənət Festivalında iştirak edəcək
# 11 iyul 2011 10:37 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Bayburt şəhərində Bayburt Dədə Qorqud 17-ci Beynəlxalq və Sənət Festivalı keçiriləcək. APA-nın xəbərinə görə, festival iyulun 13-dən 18-dək dava edəcək. 1995-ci ildən başlayaraq keçirilən bu mərasimlərdə, türk dilli dövlətlərin, başqa dövlətlərin ərazilərində yaşayan türk icmalarının elm, siyasət, ədəbiyyat, incəsənət və sənət adamları iştirak edir. 2011-ci ilin Bayburt Dədə Qorqud 17-ci Beynəlxalq və Sənət Festivalına Türkiyə, Azərbaycan, Albaniya, Makedoniya və s. kimi ölkələrdən siyasət, elm, ədəbiyyat və sənət adamları dəvət olunublar. Festivalda Azərbaycanı millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayeva və şair Elxan Zal Qaraxanlı təmsil edəcək. Qənirə Paşayeva festivalın açılış mərasimində çıxış edəcək və festival çərçivəsində Türkiyədən və digər türkdilli dövlətlərdən və toplumlardan olan rəsmi şəxslər, bölgə rəsmiləri ilə görüşlər keçirəcək.
Festivalın təşkilatçısı Bayburt valiliyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR