Bank Of Baku

Səttar Mehbalıyev: ““Kurort” Səhmdar Cəmiyyəti özünün mövcud imkanlarından tam istifadə edə bilmir”

Səttar Mehbalıyev: ““Kurort” Səhmdar Cəmiyyəti özünün mövcud imkanlarından tam istifadə edə bilmir”
# 11 iyul 2011 11:15 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Təəssüf ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyəti əməkçilərin sağlamlığının qorunması və mühafizəsi baxımından özünün mövcud imkanlarından obyektiv səbəblərlə bağlı tam olaraq istifadə edə bilmir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

S. Mehbalıyev bildirib ki, cəmiyyətin xidmətində olan müxtəlif profilli sanatoriyaların çarpayı fondunun 80 faizində 7000-ə yaxın qaçqın və məcburi köçkün yaşayır və hazırda çarpayı fondunun yalnız 20 faizi sanatoriya-kurort müalicəsi üçün istifadə edilir: “1989-cu ildən etibarən Azərbaycanın düşdüyü ağır müharibə vəziyyəti, sanatoriya, pansionat və kurortlarımızdan da yan keçməyib. “Şuşa”, “İstisu” sanatoriyaları erməni təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Azərbaycan Həmkarlar İttifaqlarının “Kurort” Səhmdar Cəmiyyətinə 2,2 milyard manatdan artıq ziyan dəyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR