Bank Of Baku

Azərbaycanda görmə qabiliyyətini itirmiş şəxslər üçün müəllif hüquqları ilə bağlı Beynəlxalq Simpozium keçiriləcək

Azərbaycanda görmə qabiliyyətini itirmiş şəxslər üçün müəllif hüquqları ilə bağlı Beynəlxalq Simpozium keçiriləcək
# 11 iyul 2011 12:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda görmə qabiliyyətini itirmiş şəxslər üçün müəllif hüquqları ilə bağlı Beynəlxalq Simpozium keçiriləcək. Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov məlumat verib. O bildirib ki, bu cür insanlara daima hər sahədə dəstək və güzəşt lazımdır: “Azərbaycanın ev sahibliyi edəcəyi bu simpoziumla görmə qabiliyyəti olmayanlara şərait yaratmaq istəyirik. Onlara güzəştlər lazımdır və simpoizum ərəfəsində dünyanın yarısını bura yığacağıq. Bu tədbirə xüsusi hazırlıq gedir və simpoziumda müəllif hüquqları sahəsində bu cür insanlara həssas davranmağın vacibliyi vurğulanacaq”. K.İmanov bildirib ki, tədbir ya bu ilin noyabrında, ya da növbəti ilin fevralında keçiriləcək. Simpoziumun keçirilmə tarixi lazımi sənədlərin toplanıb qurtardıqdan sonra təsdiqini tapacaq.

Bununla yanaşı, Azərbaycanın Müəllif Hüquqları Agentliyinin rəhbərliyinin bir neçə beynəlxalq tədbirdə iştirak edəcəyi gözlənilir. K. İmanov qeyd edib ki, sentyabrda Müəllif Hüquqları ilə bağlı Baş Assambleyanın iclası keçiriləcək. Azərbaycanın da bu iclasda iştirakı gözlənilir: “Eyni zamanda folklor nümunələrinin qorunması, ənənəvi biliklərin qorunması ilə bağlı diplomatik konfrans keçiriləcək ki, orada mətn qəbul ediləcək. Şübhəsiz ki, biz orda da iştirak edəcəyik. Konfransın bu ilin sonunda Cenevrədə keçirilməsi nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR