Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Masallıda zona müşavirəsi keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Masallıda zona müşavirəsi keçirib
# 11 iyul 2011 13:00 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sosial xidmətlərin bölgələrdə təşkilinin vəziyyəti ilə əlaqədar Masallıda zona müşavirəsi keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin rəhbərlərinin iştirakı ilə keçən tədbirdə sosial xidmətlərin təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

ƏƏSMN-in sosial təminat xidməti idarəsinin rəis müavini Təhminə Seyidzadə çıxışında son illər əhaliyə göstərilən sosial xidmətin yaxşılaşdırılması sahəsində həyata keçirilən layihələrdən söz açıb. Onun sözlərinə görə, nazirliyin yeni yaradılmış internet saytı vətəndaşlara ərizə və şikayətlərini rayon mərkəzlərinə getmədən birbaşa nazirliyin ünvanına göndərməsinə imkan yaradacaq: “Bu isə məmurla vətəndaş arasında əlaqənin minumuma enməsinə səbəb olacaq”.

Tədbirdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR