Bank Of Baku

İraqın Azərbaycandakı səfiri Şərqşünaslıq İnstitutunda olub - FOTO

İraqın Azərbaycandakı səfiri Şərqşünaslıq İnstitutunda olub - <font color=red>FOTO</font>
# 12 iyul 2011 09:46 (UTC +04:00)
Bakı-APA. İraqın Azərbaycandakı səfiri Şia əl-Bərəkə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. İnstitutdan APA-ya verilən məlumata görə, səfir Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ilə görüşüb. G. Baxşəliyeva, qonağa institutun elmi fəaliyyət istiqamətlərindən danışaraq, əməkdaşların bir qisminin - ərəbşünas mütəxəssislərin ərəb dili, ədəbiyyatı, tarixi, iqtisadiyyatı, etnoqrafiyası ilə bağlı tədqiqatlar apardıqlarını vurğulayıb. G. Baxşəliyeva İraq şair və yazıçılarının da əsərlərinin Şərqşünaslıq İnstitutunda araşdırıldığını söyləyib. G. Baxşəliyeva son zamanlar ərəb dünyasında baş verən siyasi təlatümlərin Azərbaycan şərqşünaslarını da narahat etdiyini deyərək, İnstitutda keçirilən tədbirlərdə, dəyirmi masalarda bu məsələlərin də ürək ağrısı ilə müzakirə olunduğunu qeyd edib. İnstitut direktoru ərəb aləmində olan bu narahatlığın tezliklə bitməsini və ərəb ölkələrinin sülh, əmin-amanlıq şəraitində yenidən böyük inkişaf yoluna qədəm qoymalarını arzuladığını bildirib.
Səfir İraqla Şərqşünaslıq İnstitutu arasında əlaqələrin genişləndirilməsi arzusunda olduğunu dilə gətirərək, səfirlik, ölkəsinin elm və təhsil müəssisələri, iraqlı alimlərlə Şərqşünaslıq İnstitutunun əməkdaşlığına kömək göstərəcəyini deyib. İraqın Əl Babil Universitetinin professoru olan doktor Şia əl-Bərəkə özü də Şərqşünaslıq İnstitutunda İraqın tarixi, müasir durumu, həmçinin son hadisələrlə bağlı mühazirələr oxumağa hazır olduğunu söyləyib. Görüşdə bu ilin payız aylarında doktor Şia əl-Bərəkənin Şərqşünaslıq İnstitutunda mühazirələrinin keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR