Bank Of Baku

Abel Məhərrəmov: “Məcburi köçkünlər köçürüləndən sonra Bakı Dövlət Universitetinin yataqxanaları söküləcək”

Abel Məhərrəmov: “Məcburi köçkünlər köçürüləndən sonra Bakı Dövlət Universitetinin yataqxanaları söküləcək”
# 12 iyul 2011 11:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu haqda BDU-nun rektoru Abel Məhərrəmov jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu istiqamətdə mühüm addımlar atılıb: “Bu məsələ çox intensiv şəkildə aparılır. Yaxın günlərdə nəticə əldə olunacaq, köçürülməyə başlanacaq”.

A. Məhərrəmov bildirib ki, hazırda universitet şəhərciyində mövcud olan yataqxanalar söküləcək, yerlərində yeniləri tikiləcək: “Çünki həmin yataqxanaların artıq istifadə müddəti başa çatıb. Yataqxanasız universitet olmaz. Yəqin ki, bütün bu işlər universitetin 100 illiyik yubileyinədək tam başa çatdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR