Bank Of Baku

Azərbaycanda yeyinti məhsulları istehsal edən 113 obyektin fəaliyyəti dayandırılıb

Azərbaycanda yeyinti məhsulları istehsal edən 113 obyektin fəaliyyəti dayandırılıb
# 12 iyul 2011 13:41 (UTC +04:00)
Bu haqda APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, 6 ay ərzində 113 obyektin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul olunub, 52 nəfərin isə işdən müvəqqəti olaraq kənarlaşdırılması haqqında təqdimatlar verilib.

İ. Abdullayev qeyd edib ki, bu ilin 6 ayı ərzində orqaneptik və fiziki-kimyəvi göstəricilərinə görə 3027, mikrobioloji göstəricilərinə görə 1666, toksikoloji göstəricilərinə görə 398, radioloji göstəricilərinə görə isə 61 yeyinti məhsulunun nümunələri laboratoriya müayinələrinə cəlb edilib. Nümunələrin 31-də orqoneptik və fiziki-kimyəvi göstəricilərin, 31-də isə mikrobioloji göstəricilərin normalar daxilində olmadığı aşkarlanıb.

Hesabat dövründə şadlıq evlərindən 5553 yaxma nümunəsinin, 48 soyuq qəlyanaltı nümunəsinin götürüldüyünü deyən İ.Abdullayevin sözlərinə görə, yaxma nümunələrinin 83-də bakterioloji çirklənmə aşkar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR