Bank Of Baku

Çayların sululuğunda azalma müşahidə edilib

Çayların sululuğunda azalma müşahidə edilib
# 12 iyul 2011 15:02 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Departamentdən APA-ya verilən məlumata görə iyul ayının ikinci ongünlüyünün əvvəllərində çayların sululuğunda azalma müşahidə olunub. Hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 70-120, Lənkəran-Astara bölgəsi çaylarında 70-130, Kiçik Qafqaz çaylarında 80-110, Naxçıvan MR-nın çaylarında isə 100-140 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 172 kub metr/saniyə, yəni ongünlük normanın 83 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 98 kub metr/saniyə, yəni ongünlük normanın 88 faizini təşkil edir.

Kür çayının aşağı axınında, Surra məntəqəsində hazırda suyun səviyyəsi 459, Şirvanda 334, Bankədə 257, Salyanda 311,Araz çayının Novruzlu məntəqəsində isə 200 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR