Bank Of Baku

Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb
# 12 iyul 2011 15:25 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, imtahanın nəticələri iyulun 12-si saat 18.00-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərməsi kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər. I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 33 587 abituriyentdən 937 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 60 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub. Onlardan 1 nəfəri başqasını əvəzinə imtahan verməyə cəhd etdiyinə görə, 2 nəfər imtahana mobil telefonla keçməyə cəhd etdiyi üçün, digərləri isə sual və ya cavab kartlarını bir-birinə ötürdüklərinə, köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunublar.

Test imtahanının nəticəsinə əsasən, 9513 nəfər abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 4 nəfər ən maksimal bal, yəni 700 bal toplayıb.

I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

İxtisas seçimi bütün qruplar üzrə iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR