Bank Of Baku

Dünya Bankının nəzarətedici missiyası Bakıya gəlib

Dünya Bankının nəzarətedici missiyası Bakıya gəlib
# 12 iyul 2011 15:32 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Dünya Bankının Azərbaycan hökuməti ilə birgə həyata keçirilən “Sosial Müdafiənin İnkişafı” Layihəsinin (SMİL) nəzarətedici missiyası layihənin icrası vəziyyəti ilə tanış olmaq və onun ayrı-ayrı komponentləri üzrə yeni fəaliyyət istiqamətlərini müzakirə etmək üçün Bakıda səfərdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu gün nazirlikdə nəzarətedici missiyanın rəhbəri, layihənin baş meneceri Anastasiya Aleksandrova və missiyanın digər üzvləri ilə nazirliyin müvafiq strukturlarının rəhbərləri arasında görüş keçirilib. Görüşdə “Sosial Müdafiənin İnkişafı” Layihəsinin icrası sahəsində görülən işlər barədə məlumat verilib.

Layihənin birinci fazasının uğurla keçdiyini bildirən A.Aleksandrova Dünya Bankının Azərbaycanda əmək resurslarının təhqiqatı layihəsini həyata keçirmək niyyətində olduğunu bildirib və layihəyə digər hökumət qurumlarının, o cümlədən Maliyyə, İqtisadi İnkişaf, Təhsil və digər nazirliklərin cəlb olunmasını təklif edib.

Qeyd edək ki, Sosial Müdafiənin İnkişafı Layihəsi Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında 28 noyabr 2008-ci il tarixində imzalanmış Kredit Sazişinə əsasən, 2009-cu il martın 17-də qüvvəyə minib. Layihənin 2013-cü ildə başa çatdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR