Bank Of Baku

BMT-nin Azərbaycandakı nümayəndəliyində Ümumdünya Əhali Gününə həsr olunmuş dəyirmi masa keçirilib

BMT-nin Azərbaycandakı nümayəndəliyində Ümumdünya Əhali Gününə həsr olunmuş dəyirmi masa keçirilib
# 12 iyul 2011 15:36 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. BMT-nin Azərbaycandakı nümayəndəliyinin ofisində 11 iyul - Ümumdünya Əhali Gününə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, təbdir BMT-nin İctimai İnformasiya Departamenti ilə İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən təşkil edilib. Dəyirmi masa eyni zamanda 11 iyul - 31 oktyabr tarixlərini əhatə edəcək “7 milyard hərəkət” adlanan kampaniyaya start xarakteri daşıyıb.

BMT-nin İctimai İnformasiya Departamentinin ölkə üzrə nümayəndəsi Envera Selimoviç bildirilib ki, 11 iyul tarixinin Ümumdünya Əhali Günü kimi qeyd olunmasına 1987-ci ildə, dünya əhalisinin sayı 5 milyarda çatarkən başlanıb: “2011-ci il oktyabrın 31-də dünya əhalisinin sayı 7 milyarda çatacaq. BMT baş katibinin Ümumdünya Əhali Günü münasibətilə ünvanlandığı müraciətdə qeyd olunduğu kimi, əhalinin sayının yeddi milyarda çatması kəmiyyətcə dönüş nöqtəsidir, lakin biz fikrimizi hər zaman insanların üzərində cəmləşdirməliyik”.

İnsan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycanın keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlətə çevrildiyini qeyd edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura isə təmsil etdiyi qurumun Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində gördüyü işlər barədə məlumat verib. O bəyan edib ki, BMT ilə Azərbaycan arasındakı əlaqələr gələcəkdə də inkişaf etdiriləcək.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Sərhan Aktoprak, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov təqdimatla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR