Bank Of Baku

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanları keçirilir

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanları keçirilir
# 13 iyul 2011 08:21 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanları keçirilir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, budəfəki imtahanlar mikrobiologiya və şüa diaqnostikası ixtisasları üzrədir.
Qeyd edək ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvar ayında start verilib. Sertifikasiya prossesinin birinci mərhələsində tibb mütəxəssislərinin hər biri ixtisaslarına uyğun test imtahanlarında iştirak edirlər. Birinci mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri ikinci mərhələyə - müsahibəyə dəvət olunurlar. Test imtahanları Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi Kitabxanasının binasında keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR