Bank Of Baku

Yaqub Mahmudov Allahşükür Paşazadəyə mətbuatda olan hücumları pisləyib

Yaqub Mahmudov Allahşükür Paşazadəyə mətbuatda olan hücumları pisləyib
# 13 iyul 2011 09:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadəyə mətbuatda olan hücumları pisləyib. APA-nın məlumatına görə, Y. Mahmudov QMİ-də keçirilən dəyirmi masada bir neçə il əvvəl jurnallardan birində A. Paşazadə haqqında nalayiq ifadələr işləndiyini xatırladıb: “Mən məhkəmə vasitəsilə həmin jurnalı bağlatdırdım. Şeyxülislam bizim dünyada simamızdır. Biz Şeyximizi müqəddəsləşdirməyi bacarmalıyıq. Bunu Şeyxə xoş gəlmək üçün demirəm”.

Y. Mahmudov toy və yas mərasimlərində ifratçılığa yol verilməsini, həmçinin VİP çadırlardan istifadə olunmasını da pisləyib: “Lazım gələrsə, Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı fətva verməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR