Bank Of Baku

Azərbaycanda sterilizasiya qurğusunun tikilməsi ilə bağlı avadanlıqların alınması üçün elan edilən tenderin qalibi bu gün məlum olacaq

Azərbaycanda sterilizasiya qurğusunun tikilməsi ilə bağlı avadanlıqların alınması üçün elan edilən tenderin qalibi bu gün məlum olacaq
# 13 iyul 2011 09:52 (UTC +04:00)
Bu barədə APA-ya sterilizasiya qurğusu ilə bağlı müzakirələr aparmaq üçün Vyanada səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, hazırda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən 6-7 təklif müzakirə olunur: “Bu təkliflərin hər biri ciddi analiz edilir. Tender gizli keçirilir. Bəlkə də biz təklif etdiyimiz şirkət qalib gəlmədi. Əgər bizim fikrimizə qalsaydı, Kanada qurğusunu seçərdik. Amma bu qurğu həm bahadır, həm də tenderin müəyyən şərtləri var. Qurğu beynəlxalq standartlara, fiziki və radiasiya təhlükəsizliyinə cavab verməlidir”.

A. Qəribov deyib ki, tenderin nəticələri məlum olandan sonra bir ay ərzində AEBA onu təsdiqləməlidir: “Yalnız bundan sonra biz bu şirkətin adını açıqlaya bilərik. Sentyabr ayında isə tenderin qalibinin hesabına pul köçürülməlidir. Razılaşmaya əsasən, bu pulu AEBA ödəyəcək və bir il ərzində qurğu Azərbaycana gətiriləcək. Azərbaycan tərəfi isə bu müddət ərzində kommunikasiya xətlərini çəkəcək, ofis binası tikəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR