Bank Of Baku

“Xəzər Elmi Tədqiqat Mərkəzi”nin əsasnaməsi və strukturu hazırlanaraq Azərbaycan Nazirlər Kabinetinə təqdim olunub

“Xəzər Elmi Tədqiqat Mərkəzi”nin əsasnaməsi və strukturu hazırlanaraq Azərbaycan Nazirlər Kabinetinə təqdim olunub
# 13 iyul 2011 12:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Xəzər Elmi Tədqiqat Mərkəzi”nin əsasnaməsi və strukturu hazırlanaraq baxılmaq üçün Azərbaycan Nazirlər Kabinetinə təqdim olunub. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşimov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, əsasnamənin hazırlanmasında təkcə AMEA deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumları da iştirak edib.

Əsasnamədə Xəzərin mövcud durumu ilə bağlı problemlərin hamısı nəzərə alınacaq. Yeni yaranacaq mərkəzin əsas məqsədi Xəzərin ətraf mühitinin mühafizəsi, təbii və karbohidrogen resurslarından rasional istifadə olunması, dənizin bioresurslarının artırılması, hidrometeorologiyası və hidrofizikası, neft-qaz potensialının qiymətləndirilməsi, Xəzərdə həyata keçirilən müxtəlif layihələrin müstəqil ekspertizasının verilməsidir. Xüsusən də Xəzərin səviyyəsinin dəyişməsi və idarə olunması, çirklənməsi, ekoloji problemləri, Xəzərətrafı məskunlaşma problemləri ətraflı öyrəniləcək.

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin bu il aprelin 29-da verdiyi sərəncama əsasən, AMEA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə "Xəzər Elmi Tədqiqat Mərkəzi"nin yaradılması ilə bağlı təklifləri hazırlamaq tapşırılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR