Bank Of Baku

İctimai Palatanın aksiyası ilə bağlı ittiham olunan 6 nəfərin cinayət işi üzrə məhkəmə baxışı iyulun 19-a təyin edilib

İctimai Palatanın aksiyası ilə bağlı ittiham olunan 6 nəfərin cinayət işi üzrə məhkəmə baxışı iyulun 19-a təyin edilib
# 13 iyul 2011 12:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. İctimai Palatanın (İP) bu il aprelin 2-də Bakıda keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı ittiham olunan 6 nəfərin - Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilovun məhkəməsi başlayıb. APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldırıblar. Vəsatətlər cinayət işinə xitam verilməsi, əks halda təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, habelə Bakı şəhər İcra Hakimiyyətinin aprelin 2-də keçirilməsi nəzərdə tutulan aksiyaya icazə verilməməsi ilə bağlı müraciətə cavab verən əməkdaşının məhkəməyə gətirilərək ifadəsinin alınması kimi məsələlərlə bağlı olub. Məhkəmə qaldırılan vəsatətlərlə bağlı qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən qayıdan hakim E. Həsənov vəsatətlərin qəbul edilmədiyini elan edib.

Məhkəmə baxışı iyulun 19-a təyin edilib.

Qeyd edək ki, İP-nın aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiyada baş verənlərlə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR