Bank Of Baku

Azərbaycanda gənc alimlərin I Elm Festivalı keçirilir

Azərbaycanda gənc alimlərin I Elm Festivalı keçirilir
# 13 iyul 2011 12:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin dəstəyi ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti və AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən Gənc Alimlərin I Elm Festivalı keçirilir. APA-nın məlumatına görə, festivalda AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alim, elmi işçi, laborant və doktorantlar iştirak edirlər. Festivalın açılışında çıxış edən AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib ki, gənc alimlərin bir yerə toplanması “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənc alimlərlə bağlı nəzərdə tutulan müddəaların müzakirəsi məqsədini də daşıyır: “Elmin inkişafı gənclərdən asılıdır.
Gənclərin fikir mübadiləsi aparmasının əhəmiyyətini biz indi yox, gələcəkdə görəcəyik. Elm zamanı qabaqlamalıdır”.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə deyib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı gənc alimlərin qarşısında böyük perspektivlər açıb. E. Babayev Dövlət Proqramına əsasən, Azərbaycanda gənc alimlərin müsabiqəsinin keçiriləcəyini, istedadlar laboratoriyasının yaradılacağını bildirib və gənc alimləri bu prosesdə aktiv iştirak etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR