Bank Of Baku

BDU Elmi Şurasının iclası keçirilib

BDU Elmi Şurasının iclası keçirilib
# 13 iyul 2011 14:30 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın builki tədris ilində son iclası keçirilib. BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən universitetin rektoru Abel Məhərrəmov ölkə prezidenti tərəfindən təhsilin və elmin inkişafı ilə bağlı imzalanan sənədlərin əhəmiyyətindən danışıb. BDU-nun tədris işləri üzrə prorektoru İradə Əliyeva 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının, dövlət imtahanlarının nəticələri, tədris təcrübələri barədə məlumat verib. O bildirib ki, tələbələr yay imtahan sessiyası və dövlət imtahanlarında uğurlu göstəricilər əldə ediblər.
Universitetin tədris hissəsinin müdiri İbad İbadov isə bəzi kafedraların birləşməsindən, kafedraların adlarında dəyişiklik edilməsindən danışıb.
İclasda tədris ilinin yekunları üzrə “İlin müəllimi”, “İlin kafedra müdiri”, “İlin dekanı” müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub, elm və təhsildə fərqlənən alim və müəllimlər elmi adlara layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR